Penitensiar müəssisəyə narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Baş səhifə

Bakı. Trend:

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının
əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran penitensiar
müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Ədliyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə,
məhkumla qısamüddətli görüşə gələn qardaşı tərəfindən gətirilmiş
sovqata baxış keçirilən zaman diş məcununun içərisində xüsusi
üsulla gizlədilmiş bükülülərdə ümumi çəkisi 2,2 qram olan
qurudulmuş marixuana aşkar olunub.




Faktla bağlı araşdırma aparılır.

“Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında
saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya
ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha
vətəndaşların diqqətinə çatdırılır”, – məlumatda qeyd olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir