İmişlidə qəsdən yanğın törədən şəxs barəsində tədbir görülüb

Baş səhifə

İmişlidə qəsdən yanğın törədən şəxs barəsində tədbir görülüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, İmişli rayonunun Çaxırlı kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.
Araşdırmalarla yanğının kənd sakini, 30 yaşlı Rəhman Məmmədzadə tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində ərazidə quru ot və kol-kos yanıb.
Əməli törədən şəxs barəsində məsuliyyət tədbiri görülüb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir