Çexiyada hərbi helikopter qəzaya uğrayıb

Baş səhifə

Bakı.Trend:

Çexiyada göyərtəsində beş hərbi qulluqçunun olduğu “UH-1Y Venom”
hərbi helikopteri qəzaya uğrayıb.

Bu barədə “IDNES” portalı ölkənin Müdafiə Nazirliyinə istinadən
məlumat yayıb.

Məlumata görə, qəza Nameşt-nad-Oslavou şəhəri yaxınlığında baş
verib. Hadisə nəticəsində bir nəfər həlak olub. Yaralananların
dəqiq sayı isə hazırda dəqiqləşdirilir.




Hadisə yerində xilasedici dəstələr işləyir. Müdafiə Nazirliyi
əlavə məlumat veriləcəyini açıqlayıb.

Xilasetmə xidmətinin nümayəndəsi Petr Yanaçek portala bildirib
ki, qəza yerinə dörd yerüstü xilasetmə briqadası və Yihlavadan
sanitar aviasiya helikopteri göndərilib. Yardım göstərilməsi üçün
Olomouts diyarından daha bir helikopter də cəlb olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir