
Bakı.Trend:
Kanadanın Vinnipeq şəhərində naməlum şəxslər İslam mərkəzinə
hücum edib.
Bu barədə “CBC” telekanalı məlumat yayıb.
Hadisə cümə axşamına keçən gecə baş verib. Müşahidə
kameralarının görüntülərinə əsasən, iki naməlum şəxs avtomobillə
mərkəzin binasına yaxınlaşaraq ora odlu silahlardan atəş açıb. Daha
sonra daha iki naməlum şəxs həmin binaya yaxınlaşaraq bir neçə
pəncərəni sındırıb.
Mərkəzin nümayəndələrinin bildirdiyinə görə, hücum zamanı
binanın daxilində insanlar olub. Hadisə nəticəsində xəsarət alan
olmayıb. Faktla bağlı araşdırma başlanılıb.

