Qırğızıstanla ticarətdə üstünlük Azərbaycanın olub

Baş səhifə

2026-cı ilin ilk 6 ayında Azərbaycan ilə Qırğızıstan arasında ticarət dövriyyəsində ixrac idxalı üstələyib.

Modern.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, hesabat dövründə Azərbaycandan Qırğızıstana 25 milyon 572,84 min ABŞ dolları dəyərində məhsul ixrac olunub.

Belə ki, bu, ölkənin ümumi ixracının 0,16 faizini təşkil edib.

Eyni dövrdə Qırğızıstandan Azərbaycana idxalın həcmi isə 3 milyon 401,95 min ABŞ dolları olub. Bu göstərici ümumi idxalın 0,04 faizinə bərabərdir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir