Ağdamda açıq ərazidə başlayan yanğın 4 kəndin ərazisinə yayılıb

Baş səhifə

Bakı. Trend:

Ağdam rayonunda açıq ərazidə baş verən yanğın genişlənərək dörd
kəndin ərazisinə keçib.

Trend-in Qarabağ bürosunun məlumatına görə, iki gün əvvəl
rayonun Kəngərli kəndi ərazisində başlayan yanğın minadan
təmizlənməmiş sahələrdə davam etdiyindən alov daha da güclənərək
Göytəpə, Qərvənd, Şıxlar və Bayramlar kəndləri istiqamətində
yayılıb.




Hazırda yanğının söndürülməsinə FHN-in Ağdam Rayon Yanğından
Mühafizə Hissəsinin 3 yanğınsöndürən avtomobili və şəxsi heyəti
cəlb olunub.

Yanğınsöndürənlər alovun keçmiş təmas xəttinə yaxın yaşayış
məntəqələrinə keçməsinin qarşısını almaq məqsədilə tədbirləri davam
etdirirlər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir