
Bakı. Trend:
Sumqayıt şəhəri, Şəhid Şəhriyar Quiyev küçəsində yerləşən fərdi
yaşayış evində yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti
məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət
Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə
İdarəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi
70kv.m. olan fərdi yaşayış evində baş vermiş yanğın genişlənərək
yaxınlıqda yerləşən tikililərə keçməsinə imkan verilmədən qısa
müddətdə söndürülüb.
Yanğın nəticəsində üçotaqlı fərdi yaşayış evinin ümumi sahəsi
12kv.m. olan mətbəxinin yanar konstruksiyaları və dam örtüyü 30kv.m
sahədə yanıb.
Xəsarət alan olmayıb.
Fərdi yaşayış evinin böyük hissəsi və yaxınlıqda yerləşən
tikililər yanğından mühafizə olunub.

