İran “Amazon”un məlumat mərkəzini vurub

Baş səhifə

Bakı.Trend:

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Bəhreyndə ABŞ-nin
texnologiya nəhəngi “Amazon” şirkətinə məxsus məlumat emalı
mərkəzini hədəfə alıb.

Bu barədə İranın dövlət telekanalı məlumat yayıb.

SEPAH-ın bəyanatında bildirib ki, ABŞ-yə kəşfiyyat dəstəyi
göstərilməsində mühüm rol oynayan Amerika şirkəti “Amazon”un
kəşfiyyat məlumatları mərkəzi hədəfə alınaraq məhv edilib.




İranın bu iddialarına hələlik nə “Amazon”, nə də Bəhreyn
rəsmiləri münasibət bildirib.

Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik
iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və
Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq,
Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə
İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ
Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını
bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər,
Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr
endirməyə başlayıb

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir