Şəkidə məktəbin bağlanacağı iddialarına aydınlıq gətirilib

Baş səhifə

Bakı. Trend:

Sosial mediada jurnalist Zülfiyyə Quluyeva Şəkinin Daşbulaq kənd
ümumi orta məktəbinin bağlanacağı ilə bağlı post paylaşıb. Məlumata
görə, 29 şagirdin təhsil aldığı məktəb 2026–2027-ci tədris ilindən
fəaliyyət göstərməyəcək.

Məsələ ilə bağlı Şəki-Zaqatala Regional Təhsil İdarəsinə sorğu
ünvanlanıb.

Regional təhsil idarəsindən Trend-ə bildirilib ki, Daşbulaq kənd ümumi orta
məktəbinin bağlanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks
etdirmir:

“2026–2027-ci tədris ilindən etibarən yüksəkixtisaslı müəllim
təminatında çətinlik müşahidə olunan bəzi fənlər üzrə tədrisin
həmin məktəbdə onlayn formatda təşkili nəzərdə tutulur. Bu fənləri
müəllimlərin sertifikatlaşdırılması prosesində yüksək nəticə
göstərmiş ixtisaslı pedaqoqlar tədris edəcəklər”, – idarənin
məlumatında qeyd olunub.




Regional Təhsil İdarəsindən vurğulanıb ki, bu dəyişiklik təhsil
müəssisəsinin fəaliyyətinə təsir göstərmir. Məktəbin pedaqoji və
texniki heyətinin əmək münasibətlərində hər hansı ixtisar nəzərdə
tutulmur.

Qeyd edək ki, həmin paylaşımın şərh bölməsində Elm və Təhsil
Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin
müdiri Səbuhi Rzayev də məsələyə münasibət bildirib. O, məktəbin
bağlanmadığını qeyd edərək, bəzi fənlər üzrə müəllim
çatışmazlığının olduğunu vurğulayıb:

“Bəzi fənlərin tədrisi üçün müəllim çatışmazlığı var. Bu
səbəbdən də qiymətləndirmə nəticələri yüksək olan pedaqoqlar
tərəfindən onlayn qaydada həmin fənlər məktəbin özündə uşaqlara
keçiriləcək. Bəzi islahatları anlamadan şərh vermək ümumi prosesə
ziyandır”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir