
Bakı. Trend:
Fransanın cənub-qərbində baş verən və 14 min hektardan artıq
ərazini əhatə edən meşə yanğını ölkədə son 50 ilin ən böyük və ən
dağıdıcı yanğını kimi qeydə alınıb.
Bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, yanğın miqyasına görə 2022-ci ildə
Jironda departamentinin Landira kommunasında baş vermiş və 12,5 min
hektardan çox meşə sahəsini məhv etmiş yanğını geridə qoyub.
Hazırkı yanğının əhatə etdiyi ərazi artıq Paris şəhərinin ümumi
sahəsindən də böyükdür.
“Le Figaro” meşə yanğınları üzrə məlumat bazasına istinadən
bildirib ki, son 50 ilin ən iri yanğınları sırasında həmçinin Var
departamentinin Vidoban kommunasında baş vermiş və 11,5 min hektar
ərazini əhatə etmiş yanğın da yer alır.
Bundan əvvəl Fransanın daxili işlər naziri Loran Nunyes TF1
telekanalına açıqlamasında bildirmişdi ki, küləyin istiqamətinin
dəyişməsindən sonra Jironda departamentindəki alov Bordo
istiqamətində yayılmağa başlayıb. Nazirin sözlərinə görə, təhlükəli
ərazilərdən indiyədək təxminən 110 min nəfər təxliyə
olunub.

