
Bakı.Trend:
Çin Xalq Respublikasının rəhbəri Si Cinpin Şanxay Əməkdaşlıq
Təşkilatının (ŞƏT) zirvə toplantısında iştirak etmək məqsədilə 31
avqust – 1 sentyabr tarixlərində Qırğızıstana rəsmi səfər
edəcək.
Bu barədə Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev
çinli həmkarı Van İ ilə Çolpon-Atada keçirdiyi görüşdə
bildirib.
Nazirin sözlərinə görə, son illərdə Qırğızıstan və Çin arasında
münasibətlər bərabərhüquqluluq, qarşılıqlı hörmət və bir-birinin
maraqlarının nəzərə alınması prinsipləri əsasında davamlı inkişaf
edir. O qeyd edib ki, iki ölkə arasında siyasi fikir ayrılığı
yoxdur və ən yüksək səviyyədə müntəzəm təmaslar artıq xoş bir
ənənəyə çevrilib.

