
Bakı. Trend:
Sabah çimərliklərdə 30 dərəcəyə qədər isti olacaq.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən sabah
cənub-şərq küləyi əsəcək.
Çimərliklərdə dəniz suyunun temperaturu:
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran,
Bilgəh, Zaqulba) 28-29,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 29-30 dərəcə
isti olacaq.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən sabah
Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi
gözlənilir. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 23-26° isti, gündüz 35-39°, bəzi
yerlərdə 40°-yə yaxın isti olacaq. Atmosfer təzyiqi 752 mm civə
sütunu təşkil edəcək.Nisbi rütubət gecə 70-75 %, gündüz 40-50 %
olacaq.
Qeyd edək ki, növbəti günlərdə Bakıda və Abşeron yarımadasında
şiddətli istilərlə bağlı xəbərdarlıq verilib. Milli
Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron
yarımadasında iyulun 25-26-da havanın maksimal temperaturunun
35-38, bəzi ərazilərdə isə 40 dərəcəyə yaxın isti olacağı
gözlənilir.

