
Bakı. Trend:
Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) iyulun 24-də gecə
və iyulun 25-də səhər saatlarında ölkə ərazisində baş verən kütləvi
elektrik kəsintiləri ilə əlaqədar təxribat maddəsi
üzrə araşdırmaya başlayıb.
Bu barədə Gürcüstan DTX məlumat yayıb.
Bildirilir ki, ölkə daxilində təkrarlanan irimiqyaslı elektrik
kəsintiləri ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 318-ci
(təxribat) maddəsi ilə istintaq başladılıb. Qanunvericiliyə əsasən,
bu maddə ölkənin dövlət maraqlarına zərər vurmaq məqsədilə mühüm
obyektlərin və ya müəssisələrin normal fəaliyyətinin pozulmasını
nəzərdə tutur.
DTX istintaqın gedişi barədə ictimaiyyətin mütəmadi olaraq
məlumatlandırılacağını bildirib.

