
Bakı. Trend:
Bu gün səhər saatlarında Gürcüstanda Qardabani-Tbilisi dəmir
yolu sahəsində elektrik enerjisi təchizatında problem olduğundan
Bakı-Tbilisi qatarının hərəkətində gecikmə qeydə alınıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq “Azərbaycan Dəmir
Yolları” QSC-dən (ADY) məlumat verilib
Problemin həlli yubandığı üçün gözləmək istəməyən sərnişinlərin
Qardabanidə düşməsinə şərait yaradılıb.
Qatar Tbilisiyə 2 saat 30 dəqiqə gecikmə ilə çatıb.

