
Bakı.Trend:
Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən ötən
həftə 881 yanğına çıxış qeydə alınıb.
FHN-dən verilən məlumata görə, bundan başqa nazirliyin “112”
qaynar telefon xəttinə daxil olan müraciətlər əsasında həftə
ərzində 36 halda köməksiz vəziyyətdə qalma və 2 yol-nəqliyyat
hadisəsi ilə bağlı qəza-xilasetmə əməliyyatı həyata keçirilib.
Yanğınlar operativ şəkildə söndürülüb, insanların həyatının
xilas olunması təmin edilib.
Bildirilib ki, hesabat dövründə 9-u azyaşlı olmaqla ümumilikdə
38 nəfər xilas edilib. 2 nəfər xəsarət alıb, 7 nəfərin meyiti
təhvil verilib.

