ABŞ-də qida festivalında atışma – ölən və yaralılar var

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin Sietl şəhərində keçirilən qida festivalında atışma baş
verib. “Space Needle” adlı kompleksdə baş vermiş insident
nəticəsində azı 2 nəfər həlak olub, beş nəfər yaralanıb.

BBC-nin məlumatına görə, polis atışma ilə bağlı araşdırmaya
başlayıb, insanlara zərurət olmadıqca insidentin yaşandığı ərazidən
– xüsusilə şəhərin şimal-qərb hissəsində uzaq durmaq tövsiyə
olunub.

Yaralılar arasında iki yaşlı körpənin də olduğu bildirilir.




Sietl meri Keti Uilson bildirib ki, atışma ilə əlaqədar artıq
bir nəfər şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə
aparılıb.

Digər təfərrüatlar hələlik məlum deyil.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir