
Bakı.Trend:
ABŞ Prezidenti Donald Tramp İranla müharibənin inkişafı ilə
bağlı üç mümkün ssenarini nəzərdən keçirir.
Bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, bu ssenarilər arasında hərbi eskalasiya,
İrana qarşı yeni sanksiyalar tətbiq etməklə iqtisadi təzyiqlərin
gücləndirilməsi, həmçinin ABŞ-nin müharibədə qələbə qazandığını
elan edərək münaqişədən çıxması yer alır.
“Nəşrin məlumatına görə, son həftələrdə bu variantların hər biri
ABŞ-nin vitse-prezidenti Cey Di Vens, müdafiə naziri Pit Heqset,
ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin
sədri Den Keyn, Prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff və
Cared Kuşnerlə keçirilən görüşlərdə müzakirə olunub”, – deyə qəzet
qeyd edib.
“The New York Times” vurğulayır ki, beş aydır davam edən
münaqişə ərzində ABŞ qarşıya qoyduğu məqsədlərə, o cümlədən “üstün
hərbi güc” tətbiq etməklə İranda hakimiyyət dəyişikliyinə nail ola
bilməyib.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik
iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və
Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq,
Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə
İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ
Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını
bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər,
Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr
endirməyə başlayıb.

