Sığorta bazarı 6%-dən çox böyüyüb

Baş səhifə

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda sığorta şirkətinin yığımlarının həcmi 867,4 milyon manat olub.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 6,16% çoxdır.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 549,7 milyon manat təşkil edib. Bu göstərici illik müqayisədə 27,18% çoxdur.

Qeyd edək ki, bu dövrdə sığorta bazarının zərərliliyi artıb. Belə ki, ilin ilk 6 ayında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 63,4 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 52,9 manat olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir