Dövlət Proqramının 51 qalibi bu universitetin məzunudur 

Baş səhifə

2026-2027-ci tədris ili üzrə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”nın qalibi olan Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məzunlarının sayı açıqlanıb.

UNEC-in Mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Dövlət Proqramının qalibi olan  məzunların sayı 51 nəfərdir.

Məlumata görə, onlardan 34 nəfəri oğlan, 17 nəfəri isə qızdır.

Qeyd olunub ki, qaliblərdən 50 nəfər xarici ali təhsil müəssisələrində magistratura, 1 nəfər isə doktorantura səviyyəsində təhsil alacaq.

UNEC-dən verilən məlumata əsasən, Dövlət Proqramının qalibləri Imperial College London, University of Glasgow, Trinity College Dublin, University of Birmingham, University of Manchester, University of Chicago, University of Milan, Johns Hopkins University, London School of Economics and Political Science və digər nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıblar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir