Azərbaycanda həyat sığortası bazarı böyüyüb

Baş səhifə

Bakı.Trend:

Azərbaycanda həyat sığortası bazarı böyüyüb.

Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, cari ilin
yanvar-iyun aylarında Azərbaycanda həyat sığortası növləri üzrə
516,4 milyon manat sığorta haqqı toplanıb.

Bankın məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə
müqayisədə 8,8 faiz çoxdur.

Bundan əlavə, AMB-nin məlumatına əsasən, cari ilin yanvar-iyun
aylarında həyat sığortası növləri üzrə 402,1 milyon manat sığorta
ödənişi həyata keçirilib.

Qeyd olunub ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə
32,6 faiz artıb.

Xatırladaq ki, AMB-nin məlumatına görə, cari ilin yanvar–iyun
aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri
tərəfindən ümumilikdə 867,396 milyon manat sığorta haqqı
toplanıb.

AMB-nin məlumatına əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə
müqayisədə 50,3 milyon manat və ya 6,16 faiz çoxdur.




Hesabat dövründə sığorta ödənişlərinin həcmi 549,682 milyon
manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə
117,5 milyon manat və ya 27,2 faiz çoxdur.

Qeyd edək ki, Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA)
İcraçı direktoru Abbas Miskərli Trend-ə özəl müsahibəsində bildirib
ki, Azərbaycanda sığorta bazarı sahəsində yeni islahatlara hazırlıq
görülür.

İcraçı direktor əlavə edib ki, Azərbaycanın sığorta
qanunvericiliyində aparılan davamlı yeniliklər də xarici
tərəfdaşların marağına səbəb olur.

“Mərkəzi Bank sığorta sektorunun inkişafı istiqamətində ardıcıl
iş aparır. Qanunvericilikdə edilən dəyişikliklər, qarşılaşdığımız
problemlər və onların həlli yolları digər ölkələr üçün də faydalı
təcrübə rolunu oynayır”, – deyə A.Miskərli bildirib.

O, həmçinin yaxın dövrdə sığorta sektorunda bir sıra mühüm
yeniliklərin həyata keçiriləcəyini diqqətə çatdırıb.

“Forum çərçivəsində səsləndirilən çıxışlarda da qeyd olunduğu
kimi, sığorta qanunvericiliyinə bir sıra dəyişikliklərin edilməsi
nəzərdə tutulur. Bu dəyişikliklərin bir hissəsi sığorta
vasitəçilərinin fəaliyyətini əhatə edəcək”, – deyə o qeyd edib.

A.Miskərlinin sözlərinə görə, fiziki şəxslər üçün icbari əmlak
sığortasının təkmilləşdirilməsi istiqamətində də işlər
aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir