
Bakı.Trend:
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald
Trampla keçirdiyi danışıqlar zamanı Vaşinqtondan müraicət
olunmayacağı təqdirdə İsrailin öz təşəbbüsü ilə İrana zərbələr
endirməyəcəyini bildirib.
Bu barədə İsrail mənbələrinə istinadən “Associated Press”
agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Netanyahu söhbət zamanı həmçinin
vurğulayıb ki, İranın İsrailə hücumu baş verəcəyi təqdirdə yəhudi
dövləti cavab zərbələri endirmək hüququnu özündə saxlayır.
Baş nazir ABŞ liderinə İsrailin İranla bağlı yeni kəşfiyyat
məlumatlarını Vaşinqtona ötürməyə davam edəcəyini də bildirib.
Netanyahu eyni zamanda ABŞ-nin İranla qarşıdurmada Yaxın Şərqdəki
ərəb müttəfiqlərinin mövqeyini nəzərə almağa məcbur olduğunu başa
düşdüyünü ifadə edib. O, Trampı əmin edib ki, İsrail İran
məsələsində Vaşinqtona tam etibar edir və ABŞ prezidentinin
istənilən qərarını dəstəkləyəcək.

