
Bakı. Trend:
ABŞ yenidən İrana qarşı güclü zərbələr endirmək
niyyətindədir.
Bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin
suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, eyni zamanda, Amerika tərəfi Vaşinqtonla
Tehran arasında razılaşmanın mümkün olub-olmadığını müəyyən
edir.
“Nə vaxtsa razılığa gəlib-gəlməyəcəyimizi görəcəyik. Ancaq
onlara çox güclü zərbələr endirəcəyik”, – deyə o bildirib.

