
Bakı. Trend:
Azərbaycanın UEFA Avropa Liqasındakı təmsilçisi “Qarabağ” bu gün
II təsnifat mərhələsində cavab oyununa çıxacaq.
Bu barədə məlumat Azərbaycan Futbol Federasiyaları
Assosiasiyasının (AFFA) saytında dərc olunub.
Ağdam klubu Bolqarıstanın CSKA (Sofiya) komandasının qonağı
olacaq.
Sofiya şəhərində yerləşən Vasil Levski adına Milli Stadionda
keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.
Belçikadan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “CBC
Sport” vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, Bakıda baş tutan ilk oyun 0:0 hesablı heç-heçə
yekunlaşıb.
30 iyul
22:00. CSKA (Sofiya, Bolqarıstan) – “Qarabağ”
(Azərbaycan)
Baş hakim: Bram van Drişe
Baş hakimin köməkçiləri: Mişel Seldreyers, İv
de Neve
Dördüncü hakim: Kevin van Damm
VAR: Bert Put
AVAR: Uesli de Kremer

