İsa Qəmbər 33 ildən sonra Qarabağa getdi – FOTOLAR

Baş səhifə

Müsavat Partiyasının başqanı, əslən Füzuli rayonundan olan İsa Qəmbər 33 ildən sonra işğaldan azad edilmiş Qarabağ bölgəsinə səfər edib.

Modern.az xəbər verir ki, bu barədə Müsavat Partiyası Mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli sosial şəvbəkədə məlumat paylaşıb.

“Doğma Qarabağdayıq. İsa Qəmbər, Arif Hacılı, Gülağa Aslanlı, Razim Əmiraslanli, Cəmaləddin Heybet, Azər Şükür, Elxan Mehdi və bəndəniz”, – deyə o, Qarabağdan paylaşdığı şəkillərə şərh yazıb.

Paylaşılan şəkillərdən görünür ki, Müsavat rəhbərliyi Xocavənd rayonunun Hadrus qəsəbəsində, Füzuli şəhərində, Füzuli Beynəlxalq Hava Limanında olub. Onlar Azıx mağarasını ziyarət ediblər.
 

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir