Azərbaycanın daxili dövlət borcunun tərkibi açıqlanıb

Baş səhifə

Bakı. Trend:

2026-cı il 1 iyul tarixinə Azərbaycanın daxili dövlət borcu 15
milyard 982 milyon manat v əya 2026-cı il üzrə 130 milyard 873,5
milyon manat məbləğində proqnozlaşdırılan ÜDM-in 12,2 faizini
təşkil edib.

Maliyyə Nazirliyinin məlumatına əsasən, daxili dövlət borcu
2026-cı ilin əvvəli ilə müqayisədə 1 milyard 822,5 milyon manat və
ya 10,2 faiz azalıb. 2026-cı il 1 iyul tarixinə daxili dövlət
borcunun ÜDM-ə nisbəti 2026-cı ilin əvvəli ilə müqayisədə 1,6 faiz
bəndi azalıb.




2026-cı il 1 iyul tarixinə daxili dövlət borcunun 7 milyard
234,6 milyon manatı dövriyyədə olan dövlət qiymətli kağızlarının, 8
milyard 747,4 milyon manatı isə hökumətin üzərinə götürdüyü dövlət
zəmanətli öhdəliklərinin payına düşür.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir