Prezident İlham Əliyev Mərakeş Kralına məktub ünvanlayıb

Baş səhifə

Bakı. Trend:

Prezident İlham Əliyev Mərakeşin Kralı VI Məhəmmədə məktub
ünvanlayıb.

Məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc
edilib. Məktubda qeyd olunub:

“Əlahəzrət,

Əziz Qardaşım,

Mərakeş Krallığının milli bayramı münasibətilə Sizə və Sizin
simanızda qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından
ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq
duyuram.

Biz tarixi köklərə və xoş ənənələrə əsaslanan Azərbaycan-Mərakeş
münasibətlərinə xüsusi əhəmiyyət veririk.

Əminəm ki, ölkələrimizi və xalqlarımızı birləşdirən dostluq
əlaqələrinin daha da möhkəmləndirilməsi, qarşılıqlı faydalı
əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi istiqamətində
bundan sonra da birgə səylər göstərəcəyik.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti
fəaliyyətinizdə uğurlar, qardaş xalqınıza daim əmin-amanlıq və
rifah arzulayıram”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir