
Bakı. Trend:
Sabah Abşeron çimərliklərində 27 dərəcə isti olacaq.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən iyulun
31-də arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi
ilə əvəz olunacaq.
Dəniz suyunun temperaturu:
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran,
Bilgəh, Zaqulba) 25-26,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27 dərəcə
isti olacaq.
Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına
əsasən sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən
yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi
gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 22-25° isti, gündüz 29-33° isti olacaq.
Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət gecə 70-75 %,
gündüz 50-55 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi
gözlənilir. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda
qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Bəzi
dağlıq ərazilərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 22-27° isti, gündüz 34-38° isti,
dağlarda gecə 15-20° isti, gündüz 23-28° isti olacaq.

