Avstraliyada “Telegram”a qarşı istintaq başlanılıb

Baş səhifə

Bakı.Trend:

Avstraliyada “Telegram” messencerinə qarşı araşdırma başlanıb.
Messencer rəhbərliyi terroru təbliğ edən paylaşımlarla yetərincə
mübarizə aparmamaqda ittiham olunur.

Bu barədə Reuters agentliyi məlumat yayıb.




“Telegram”ın terrorçuların həyata keçirdiyi edam səhnələrini və
kütləvi atışmaları əks etdirən videoları, o cümlədən Kristçörç və
Buffalo terror aktlarına aid görüntüləri platformadan silməməsi
Avstraliyanın Elektron Təhlükəsizlik Komissarlığının araşdırmanı
başlatmasına zəmin olub.

Bildirilir ki, “Telegram”ı 38 milyon ABŞ dollarınadək cərimə
gözləyir. Messenecerin nümayəndəsi agentliyə bildirib ki, bu
ittihamlar məhkəmədə mübahisələndiriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir