
Bakı. Trend:
Nazirlər Kabineti “Ali təhsilin doktorantura səviyyəsi üzrə
ixtisasların Təsnifatı”nda dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, Nazirlər Kabinetinin 2012-ci il 15 mart tarixli
65 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsilin doktorantura
səviyyəsi üzrə ixtisasların Təsnifatı”nın “56. Hüquq elmləri”
bölməsi yeni ixtisaslarla genişləndirilib.
Dəyişikliyə əsasən, aşağıdakı yeni doktorantura ixtisasları
əlavə edilib:
- Ədalət mühakiməsi hüququ;
- Hava hüququ və hava məkanının təhlükəsizliyi;
- Mədəniyyət hüququ.
Qərar 30 iyul 2026-cı il tarixində imzalanıb və doktorantura
səviyyəsində hüquq elmləri üzrə ixtisasların siyahısının
genişləndirilməsini nəzərdə tutur.

