135 nömrəli marşrut xəttində avtobuslar yenilənir

Baş səhifə

Bakı. Trend:

Avqustun 1-dən etibarən Xırdalan şəhərini metronun “Memar Əcəmi”
stansiyası ilə əlaqələndirən 135 nömrəli müntəzəm marşrut xətti
üzrə avtobuslar yenilənəcək.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat
yayıb.




Məlumata görə, sərnişindaşıma xidmətinin keyfiyyətinin
artırılması məqsədilə marşrut xəttində istismar olunan dizel
mühərrikli avtobuslar CNG texnologiyası ilə təchiz edilmiş,
böyüktutumlu “Iveco” markalı avtobuslarla əvəz olunacaq.

Bildirilib ki, marşrut üzrə ödəniş yalnız nağdsız qaydada həyata
keçiriləcək. Gedişhaqqı isə 0,60 manat təşkil edəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir