İspaniya miqrant böhranının həlli üçün Mərakeş sərhədinə qoşun göndərir

Baş səhifə

Bakı.Trend:

İspaniya hakimiyyəti Şimali Afrikadakı eksklavı olan Seutada
(Mərakeşlə sərhəddə yerləşir) asayişi bərpa etmək məqsədilə
hərbçiləri cəlb edəcək.

Bu barədə İspaniyanın “El Pais” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, buna səbəb minlərlə miqrantın Mərakeşdən
sərhədi yararaq şəhərə daxil olmasıdır.




Qeyd olunur ki, hərbçilər şəhərdə təhlükəsizliyin təmin olunması
zamanı Mülki Qvardiyanın əməkdaşlarına dəstək verəcəklər. Hazırda
Seutada vəziyyət xaosu xatırladır.

Sərhədi keçməyə cəhd edən azı 18 nəfər həlak olub. Minlərlə
miqrantın axını Madridin bütün proqnozlarını üstələyib. Son 10 gün
ərzində muxtar şəhərə 1 500-dən 2 000-dək qanunsuz miqrant daxil
olub.

Yerli KİV-lər isə bildirirlər ki, ötən həftə ərzində Mərakeşdən
Seutaya üzərək 1,5 mindən çox insan çatıb, daha yüzlərlə nəfər isə
şəhərə piyada gəlib. Bununla belə, eksklava daxil olan miqrantların
ümumi sayı hələlik dəqiqləşdirilməyib. EFE agentliyinin məlumatına
görə, minlərlə insan Seuta ilə sərhəddə yerləşən Mərakeşin Fnidk
yaşayış məntəqəsinə gəlməkdə davam edir. Burada artıq uzunluğu 5
kilometrə çatan növbə yaranıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir