Pakistanda on alpinist itkin düşüb

Baş səhifə

Bakı.Trend:

Pakistan və Çin sərhədində yerləşən Brod-Pik dağında qar uçqunu
nəticəsində on alpinist itkin düşüb.

Bu barədə “Pakistanın Dawn” qəzeti məlumat yayıb.

Bildirilib ki, qrupa tanınmış nepallı alpinist Nirmal Purca
rəhbərlik edib.




Məlumata görə, hadisə yerində iki alpinistin meyiti aşkar
edilib. “Seven Summit Treks” turizm agentliyinin baş direktoru
Taneşvar Quraqeyn bildirib ki, hazırda meyitlərin kimliyinin
müəyyənləşdirilməsi prosesi aparılır.

Digər alpinistlərin sağ tapılması ehtimalı ilə bağlı suala
cavabında o, buna ümidin çox az olduğunu deyib. Həmçinin 6-7 min
metr yüksəklikdə üç GPS izləmə cihazı aşkarlanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir