
Bakı.Trend:
Küveytin hava hücumundan müdafiə sistemləri pilotsuz uçuş
aparatları ilə həyata keçirilən hücumu dəf edir.
Bu barədə Küveytin Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat
yayıb.
“İranın təcavüzü nəticəsində Küveytin hava hücumundan müdafiə
qüvvələri hazırda düşmən pilotsuz uçuş aparatlarının hücumlarının
qarşısını alır”, – deyə Baş Qərargahın bəyanatında bildirilir.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik
iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və
Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq,
Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə
İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ
Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını
bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər,
Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr
endirməyə başlayıb.

