
Bakı.Trend:
Latviya texniki səbəblərə görə Belarusla sərhədi bağlayıb.
Bu barədə Latviya daxili işlər naziri Yanis Dombrava sosial
şəbəkədə bildirib.
Latviya Dövlət Sərhəd Mühafizə Xidmətinin ictimaiyyətlə əlaqələr
üzrə mütəxəssisi Kristine Petersone bunun informasiya sistemlərində
yaranmış nasazlıqla əlaqədar olduğunu dəqiqləşdirib. Nasazlığın
səbəbləri və problemin nə vaxt aradan qaldırılacağı hələlik məlum
deyil.
Qeyd edək ki, bundan bir gün əvvəl Yanis Dombrava Latviya
vətəndaşlarını Belarusa səfər etməməyə və ya artıq bu ölkədə
olanları mümkün qədər tez geri qayıtmağa çağırmışdı.

