
Bakı. Trend:
Bu gün səhər saatlarında Sabunçu qəsəbəsində qətl hadisəsi qeydə
alınıb.
Trend-in əldə
etdiyi məlumata görə, qəsəbədə yerləşən evlərin birində 1972-ci il
təvəllüdlü Sevinc Məmmədova aralarında yaranmış münaqişə zamanı
bıçaqlanaraq qətlə yetirilib.
Hadisəni törətməkdə şübhəli bilinən oğlu, 1992-ci il təvəllüdlü
Elvin Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa
təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

