Təhsil tələbə kreditlərinə müraciət başlayır

Baş səhifə

Bakı. Trend:

3 avqust tarixindən etibarən 2026-2027-ci tədris ilinin payız
semestri üzrə təhsil tələbə kreditlərinə müraciət dövrü
başlayır.

Təhsil Tələbə Krediti Fondunun (TTKF) məlumatına görə,
müraciətlər e-ttkf.edu.az portalı vasitəsilə qəbul edəcək.

Dövlət İmtahan Mərkəzinin qəbul müsabiqəsinin nəticələrinə
əsasən magistratura səviyyəsinə yeni qəbul olunmuş tələbələr, eləcə
də ali, orta ixtisas və peşə təhsili müəssisələrinin 2-ci və daha
yuxarı kurslarında təhsil alan tələbələr həmin tarixdən etibarən
portal üzərindən sosial və ya standart təhsil tələbə krediti üçün
müraciət edə bilərlər. Bakalavriat səviyyəsinə yeni qəbul olunan
tələbələr üçün isə müraciətlər ixtisas seçimi başa çatdıqdan sonra
açılacaq.

Magistraturaya qəbul olunan tələbələr portal.edu.az sistemi
vasitəsilə tələbə qeydiyyatını həyata keçirərkən paralel olaraq
e-ttkf.edu.az portalı üzərindən təhsil tələbə krediti üçün də
müraciət edə biləcəklər.




“Qaydalara əsasən, birinci tədris ilinin ilk semestri üzrə
standart təhsil tələbə kreditindən yararlanmaq üçün aşağıdakı
minimal qəbul göstəriciləri müəyyən edilib:

Subbakalavr – minimum 110 bal, xüsusi qabiliyyət tələb edən
ixtisaslar üzrə 40 bal;
Bakalavriat – minimum 250 bal, xüsusi qabiliyyət tələb edən
ixtisaslar üzrə 100 bal;
Magistratura – minimum 50 bal, xüsusi qabiliyyət tələb edən
ixtisaslar üzrə 30 bal;
SAT nəticələri əsasında qəbul olunanlar üçün – minimum 1200
bal;
Texniki və yüksək texniki peşə təhsili üzrə – attestatda müvafiq
fənlər üzrə yekun qiymətlərin ədədi ortası minimum 3 olmalıdır.

Qeyd olunub ki, bu minimal göstəricilər yalnız standart təhsil
tələbə kreditlərinə şamil edilir. Sosial təhsil tələbə kreditləri
üzrə isə minimal qəbul balı tələbi tətbiq edilmir”, – məlumatda
bildirilib.

Qeyd edilib ki, bakalavriat və subbakalavr səviyyələrinə yeni
qəbul olunan tələbələr ixtisas seçimini başa vurduqdan sonra təhsil
müəssisəsində qeydiyyat zamanı paralel şəkildə e-ttkf.edu.az
portalı vasitəsilə təhsil tələbə krediti üçün müraciətlərini təqdim
edə biləcəklər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir