Xocavənd rayonunda mina hadisəsi baş verib

Baş səhifə

Bakı. Trend:

2 avqust 2026-cı il tarixində işğaldan azad edilmiş Xocavənd rayonu
ərazisində mina partlayışı hadisəsi baș verib.

Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən
(ANAMA) məlumat verilib.

Məlumata görə, humanitar minatəmizləmə əməliyyatlarına cəlb
edilən özəl şirkətlərdən birinin əməkdaşı 1985-ci il təvəllüdlü
Əhədov Əhəd Sərvan oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada
əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində Əhədov Əhəd
müxtəlif dərəcəli bədən xəsarətləri alıb.




Xəsarət alan əməkdaş rayon mərkəzi xəstəxanasına təxliyə edilib.
Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir