
Bakı. Trend:
Lənkəranın Osaküçə kəndi istiqamətində açıq ərazidə yanğın baş
verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında məlumat dərc edilib.
Bildirilib ki, nazirliyin “112″ qaynar telefon xəttinə Lənkəran
şəhəri, Osaküçə kəndi istiqamətində açıq ərazidə yanğın baş verməsi
barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından
Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Cənub Regional
Mərkəzinin qüvvələri cəlb olunub.
“Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam
edir. Əlavə məlumat veriləcək”, – deyə məlumatda qeyd edilib.

