Müdafiə naziri hərbi attaşelərlə görüşüb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan
Respublikasının xarici ölkələrdəki səfirliklərin nəzdində fəaliyyət
göstərən hərbi attaşeləri ilə görüşüb.

Bu barədə nazirliyin Mətbuat xidməti məlumat yayıb.




Bildirilib ki, müdafiə nazirinə cari il ərzində ölkəmizin digər
ölkələrlə hərbi əməkdaşlığı üzrə mövcud vəziyyət, hərbi attaşelik
aparatlarının fəaliyyəti və xarici ölkələrdə yeni təsis olunmuş
attaşelik aparatları barədə ətraflı məlumat verilib.

“Tədbirdə həmçinin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə dayanıqlı sülhün təmin olunması istiqamətində dövlətimizin
həyata keçirdiyi siyasətin və ölkəmizdə ordu quruculuğu
istiqamətində aparılan uğurlu islahatların təbliğinin vacibliyi
vurğulanıb. General-polkovnik Z.Həsənov hərbi attaşelik aparatları
tərəfindən xarici dövlətlərdə ölkəmizin milli maraqlarının
qorunması və hərbi sahədə qarşılıqlı əməkdaşlığın inkişafı
məqsədilə görülən işləri müsbət qiymətləndirib”, – deyə məlumatda
bildirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir