Rusiyada Ermənistan istehsalı olan bir sıra suların satışı qadağan edilib

Baş səhifə

Bakı.Trend:

Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına
Nəzarət Federal Xidmətinin (Rospotrebnadzor) tapşırığı ilə dövlətə
məxsus “Çestnıy znak” məhsul nişanlama sistemi Ermənistanda
istehsal edilmiş 70 mindən çox butulka içməli su və alkoqolsuz
içkinin satışını dayandırıb.

Rusiya KİV-in məlumatına görə, Qabaqcıl Texnologiyaların
İnkişafı Mərkəzindən (QTİM) bildirilib ki, qərar məhsulların
məcburi tələblərə uyğunluğunda pozuntular aşkar edildikdən sonra
istehlakçıların həyat və sağlamlığına mümkün zərərin qarşısını
almaq məqsədilə qəbul edilib.




Məhdudiyyətlər BJNI markalı müalicəvi-süfrə mineral suyunun, o
cümlədən uşaq suyu da daxil olmaqla “Prosto Azbuka” təbii içməli
suyunun, həmçinin DARBAS “Moxito” qazlı içkisinin müəyyən
partiyalarına şamil edilib. Bununla yanaşı, QTİM vurğulayıb ki,
qadağa yalnız konkret tarixlərdə istehsal olunmuş məhsullara aiddir
və həmin istehsalçıların digər məhsullarını əhatə etmir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir