Putin Ukrayna məsələsini müzakirə edib

Baş səhifə

Rusiya Prezidenti Vladimir Putin Braziliya Prezidenti Luiz İnasio Lula da Silva ilə telefon danışığı aparıb.

Metbuat.az xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında məlumat yayımlanıb.

Bildirilib ki, tərəflər beynəlxalq gündəmdə yer alan aktual məsələlər, o cümlədən Ukrayna ətrafındakı vəziyyət barədə fikir mübadiləsi aparıblar.

Kremlin açıqlamasına əsasən, Vladimir Putin braziliyalı həmkarına Ukraynadakı münaqişənin siyasi-diplomatik yolla nizamlanması istiqamətində göstərdiyi təşəbbüs və bu prosesə töhfə vermək istəyinə görə minnətdarlığını ifadə edib.

Telefon danışığında həmçinin qarşılıqlı maraq doğuran digər beynəlxalq məsələlərin də müzakirə edildiyi qeyd olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir