
Bakı.Trend:
Qırğızıstan Prezidenti Sadır Japarov “Dəfn və dəfn işi haqqında”
qanuna edilmiş dəyişiklikləri imzalayıb. Dəyişikliklərə əsasən,
kremasiya icazə verilən dəfn üsulları siyahısından çıxarılıb.
Dəyişikliklərə uyğun olaraq, qanundan nəşin kül halında
saxlandığı qabın dəfninə dair müddəalar çıxarılıb, həmçinin
mərhumların kremasiyasını tənzimləyən normalar ləğv edilib.
Qanunun yeni redaksiyasında “kremasiya” termini yalnız tibbi
fəaliyyət nəticəsində yaranan bioloji mənşəli obyektlərin sanitar
məqsədlərlə xüsusi texniki qurğularda termiki məhv edilməsi
mənasında istifadə olunur.
Krematoriyalar bundan sonra yalnız belə sanitar məhvetmə üçün
nəzərdə tutulan obyektlər hesab ediləcək.

