Erməni deputatın xanımı 3,6 milyon dram maaş iddialarına cavab verdi

Baş səhifə

Ermənistan parlamenti sədrinin müavini Ayk Konjoryanın həyat yoldaşı, “HayPost” QSC-nin baş direktoru Şuşan Aleksanyan aylıq 3,6 milyon dram maaş alması ilə bağlı yayılan iddialara münasibət bildirib.

Modern.az xəbər verir ki, Aleksanyan bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, rəhbərlik etdiyi dövrdə “HayPost” dövlət büdcəsinə 1 milyard dram dividend ödəyib. Onun sözlərinə görə, şirkət 2025-ci ili əməliyyat baxımından mənfəətlə başa vurub, maliyyə hesabatında görünən təxminən 500 milyon dramlıq mənfi nəticə isə yalnız amortizasiya xərcləri ilə bağlıdır və bu, real pul itkisi hesab edilmir.

Aleksanyan əlavə edib ki, 2025-ci ildə şirkətin maliyyə nəticələri əvvəlki illə müqayisədə təxminən 900 milyon dram yaxşılaşıb.

O, həmçinin son 10 ildə “HayPost” rəhbərləri arasında ən aşağı əməkhaqqı alan baş direktor olduğunu iddia edib. Bildirib ki, əvvəlki illərdə hətta bəzi struktur bölmələrinin rəhbərləri ondan daha yüksək maaş alıblar.

Şuşan Aleksanyan qeyd edib ki, gəlir bəyannaməsində 2024-cü ildə göstərilən təxminən 5 milyon dram “digər gəlir” əməkhaqqı deyil, qanunla nəzərdə tutulmuş analıq müavinətidir.

O vurğulayıb ki, **“HayPost”**un baş direktoru vəzifəsinə yalnız 2024-cü il noyabrın 22-də təyin edildiyindən, həmin ilin maliyyə göstəricilərinə və daha əvvəl qəbul edilmiş qərarlara görə məsuliyyət daşıya bilməz. Sonda isə faktların peşəkar müstəvidə qiymətləndirilməsinə çağırış edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir