Ana xəstədirsə, körpəni əmizdirmək təhlükəlidirmi?

Baş səhifə

Bakı. Trend:

Əksər hallarda ana xəstə olsa da, əmizdirməyə davam edə
bilər.

Bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən
canlı yayım zamanı Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Pediatriya
İnstitutunun pediatrı Aygün Məmmədova deyib.

Onun sözlərinə görə soyuqdəymə, qrip, yüngül virus
infeksiyaları, hərarət zamanı ana südü ilə körpəyə qoruyucu
anticisimlər ötürülür və bu, körpənin infeksiyadan qorunmasına
kömək edir:




“Bu dövrdə ananın maskadan istifadəsi, əllərini tez-tez yuması
və gigiyena qaydalarına riayət etməsi tövsiyə olunur. Ana südü ilə
qidalandırma yalnız bəzi xüsusi hallarda müvəqqəti və ya daimi
olaraq əks göstərişdir. Bunlara müalicə məqsədilə sitotoksik
(kimyaterapiya) preparatların və ya radioaktiv maddələrin qəbulu,
aktiv və müalicə olunmamış vərəm, bəzi ağır yoluxucu xəstəliklər və
ana tərəfindən əmizdirmə ilə uyğun olmayan dərmanların istifadəsi
daxildir. Belə hallarda əmizdirmə barədə qərar mütləq həkim
tərəfindən verilməlidir”.

A.Məmmədova bildirib ki, ana xəstəlik və ya qəbul etdiyi dərman
səbəbindən tərəddüd edirsə, əmizdirməni dayandırmazdan əvvəl mütləq
həkimlə məsləhətləşməlidir:

“Bir çox hallarda ana südü ilə qidalandırmanı davam etdirmək həm
təhlükəsiz, həm də körpə üçün ən faydalı seçimdir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir