İranla danışıqlar uğurla gedir, nəticə 48 saata bəlli olacaq – Tramp

Baş səhifə

ABŞ Prezidenti Donald Tramp İranla aparılan danışıqların uğurla irəlilədiyini və nəticələrin yaxın 48 saat ərzində məlum ola biləcəyini bildirib.

Modern.az xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasında danışıb.

Onun sözlərinə görə, Tehranla danışıqlar müsbət məcrada davam edir və yaxın iki gün ərzində yekun nəticə ilə bağlı aydınlıq yarana bilər.

Xatırladaq ki, Tramp bundan əvvəl İrana nüvə sazişi ilə bağlı razılığa gəlmək üçün son tarix müəyyən etmədiyini açıqlamışdı.

Bundan əvvəl Axios nəşri ABŞ, İran və Oman arasında Hörmüz boğazında gəmiçiliyin bərpasını nəzərdə tutan müvəqqəti razılaşmanın əldə olunmasına yaxın olunduğunu yazmışdı.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir