İraq hökuməti İranyönümlü qruplaşmalara ultimatum verib

Baş səhifə

Bakı.Trend:

İraq hökumətini formalaşdıran siyasi partiyaların koalisiyası
dövlət orqanlarından kənar fəaliyyət göstərən silahlı
birləşmələrdən sentyabrın 30-dək silahları təhvil vermələrini tələb
edib.

Bu barədə “The National” nəşri yazır.

Koalisiya xəbərdarlıq edib ki, bu tələb yerinə yetirilmədiyi
təqdirdə həmin qruplara qarşı terrorçuluq ittihamı irəli
sürüləcək.

Nəşrin məlumatına görə, son tarixin elan olunduğu iclasa İraqın
Baş naziri Əli əz-Zeydi sədrlik edib. İclasda İraq Prezidenti Nizar
Amidi, parlamentin sədri Məhəmməd əl-Həlbusi, İraq Ali Məhkəmə
Şurasının sədri Faik Zeydan və İraq Kürdüstanı Muxtar Bölgəsinin
Prezidenti Neçirvan Bərzani iştirak ediblər.




Görüşün yekunlarına dair bəyanatda bildirilib ki, hökumət İraq
ərazisinin qonşu ölkələrə qarşı hücumlar üçün platformaya
çevrilməsinin və ölkənin xalqının maraqlarına cavab verməyən
münaqişələrə cəlb olunmasının qarşısını alacaq.

Bəyanatda vurğulanıb ki, hakimiyyətə tabe olmayan silahlı
qrupların İraq hüdudlarından kənarda yerləşən hədəflərə hücumları
Bağdad üçün “qırmızı xətt” hesab olunur.

Eyni zamanda, hakimiyyət sentyabrın 30-dan sonra dövlət
strukturlarından kənarda silahdan istifadə edilməklə törədilən
istənilən hərəkətə terrorçuluqla mübarizə haqqında qanunvericiliyə
uyğun olaraq reaksiya veriləcəyini bəyan edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir