
Bakı.Trend:
Rusiyada “Utair” hava yolları şirkətinin Tümendən Ufaya uçan
təyyarəsi texniki səbəbdən qalxdığı hava limanına məcburi eniş
edib.
Bu barədə Ural Nəqliyyat Prokurorluğunun mətbuat xidməti məlumat
yayıb.
6 avqust 2026-cı il tarixində Utair aviaşirkətinin Tümen–Ufa
marşrutu üzrə UTA1427 reysini yerinə yetirən təyyarənin ekipajı
uçuş hava limanına geri qayıtmaq barədə qərar qəbul edib. Qərar
texniki səbəblərlə əlaqədar verilib. Təyyarə yerli vaxtla saat
15:40-da normal rejimdə eniş edib”, – deyə məlumatda
bildirilib.
Ural Nəqliyyat Prokurorluğu insidentlə bağlı araşdırmaya
başlayıb. Məcburi enişin səbəbinə dair detallar açıqlanmayıb.
Qurum uçuşların təhlükəsizliyi ilə bağlı qanunvericiliyin
icrasının yoxlanılması məqsədilə nəzarət tədbirlərinə başlayıb.

