
Bakı.Trend:
Azərbaycandan Tunisə ixrac olunan neftin həcmi artıb.
Dövlət Gömrük Komitəsinin açıqladığı Azərbaycanın xarici
ticarətinin gömrük statistikasına əsasən, cari ilin yanvar-iyun
aylarında Azərbaycandan Tunisə 187,7 milyon ABŞ dolları dəyərində
307,2 min ton bitumlu süxurlardan alınan xam neft və neft
məhsulları ixrac edilib.
Trend agentliyinin
bu məlumatlar əsasında apardığı hesablamalara görə, mövcud
göstərici dəyər ifadəsində 2025-ci ilin müvafiq dövrü ilə
müqayisədə 119,8 milyon ABŞ dolları və ya 2,9 dəfə, həcm baxımından
isə 181,5 min ton və ya 2,4 dəfə çoxdur.
Qeyd olunub ki, ötən ilin yanvar-iyun aylarında Azərbaycandan
Tunisə 67,9 milyon ABŞ dolları dəyərində 125,7 min ton bitumlu
süxurlardan alınan xam neft və neft məhsulları ixrac olunub.
Onu da qeyd edək ki, cari ilin yanvar-iyun aylarında
Azərbaycandan dünyanın digər ölkələrinə ümumilikdə 6,231 milyard
ABŞ dolları dəyərində 10,125 milyon ton bitumlu süxurlardan alınmış
xam neft və neft məhsulları ixrac olunub.
Trend-in Dövlət
Gömrük Komitəsinin məlumatları əsasında apardığı hesablamalara
görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər
ifadəsində 178 milyon ABŞ dolları və ya 2,8 faiz, fiziki həcm
baxımından isə 1,921 milyon ton və ya 15,9 faiz azalıb.
Komitənin məlumatına əsasən, cari ilin yanvar-iyun aylarında
Azərbaycan neftinin əsas idxalçıları arasında ilk yeri İtaliya
tutub. Bu ölkəyə 5,915 milyon ton neft və neft məhsulları 3,495
milyard ABŞ dolları dəyərində ixrac edilib. Sonrakı yerlərdə Çexiya
(705,8 min ton, 497,4 milyon ABŞ dolları) və Bolqarıstan (358,8 min
ton, 253,1 milyon ABŞ dollarından çox) qərarlaşıb.

