Zelenski Ceyhun Bayramovla görüşüb

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya
rəsmi səfəri çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə
görüşü keçirilib.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram”
kanalında paylaşım edib.

“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul etdim.
Cənab nazir Rusiyanın genişmiqyaslı işğalından sonra ilk dəfədir
səfər edir. O, səfərinə İrpindən başlayıb, burada məktəbə,
xəstəxanaya və Azərbaycanın dəstək göstərdiyi reabilitasiya
mərkəzinə baş çəkib. Ölkəmiz və xalqımız üçün bu çətin günlərdə
Ukraynaya gələrək bizə dəstək göstərdiyinizə görə çox minnətdarıq.
Xalqımızla həmrəyliyinizə görə təşəkkür edirəm”, – deyə paylaşımda
qeyd olunub.

Bildirilib ki, görüş zamanı Rusiyanın Ukraynaya davamlı
zərbələri, Qara dənizdəki vəziyyət və Rusiyanın taxıl dəhlizlərini
bloklaması barədə məlumat verilib.

“Yüksəksəviyyəli diplomatik təmasları, müdafiə sahəsində
əməkdaşlığı, eləcə də energetika, neft-qaz sektoru və kənd
təsərrüfatı sahələrində iqtisadi əməkdaşlığı müzakirə etdik.
Ukraynaya göstərdiyi dəstəyə, enerji və humanitar yardıma, həmçinin
konstruktiv dialoqa görə Azərbaycana minnətdaram”, – deyə Volodimir
Zelenski vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir