
Bakı. Trend:
Beyləqanda bir nəfər beton kanalda batıb.
Trend-in
məlumatına görə, ötən gün Əhmədov Amin Zamir oğlu rayonun Birinci
Şahsevən kəndi ərazisindən keçən “Yeni Xan Qızı” adlı beton kanalda
çimərkən suda boğulub.
Hazırda Amin Əhmədovun meyitinin tapılması istiqamətində
axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda araşdırma
aparılır.

